“Keşlə”nin müdafiəçisi Ruslan Əmircanov karyerasını bitirir.
Apasport.az saytının əldə etdiyi məlumata görə, 36 yaşlı cinah oyunçusu mövsümün sonunda ayrılmaq qərarına gəlib.
Ancaq Əmircanov bu sahədən birdəfəlik uzaqlaşmayacaq. Çünki “Keşlə” rəhbərliyi Azərbaycan millisinin sabiq üzvünə klubda işləmək təklifi edib. Böyük ehtimalla Əmircanov yaydan sonra “Keşlə”nin aşağı yaş qruplarında məşqçi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, karyerası ərzində “Ümid”, “Ədliyyə”, “Karvan”, “Standard”, “Neftçi”, “İnter”, “Qəbələ”, AZAL və “Səbail” klublarında çıxış etmiş Ruslan Əmircanov 2018-ci ildən “Keşlə”nin formasını geyinir. Sağ cinah oyunçusu 2008-2014-cü illərdə Azərbaycan millisinə də çağırılıb.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!