“Yuventus”un hücumçusu Paulo Dibala “Nyukasl”ın maraq dairəsindədir.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi argentinalı forvardla danışıqlara başlayıb.
“Sağsağanlar” 29 yaşlı ön xətt oyunçusuna sərfəli təklif göndərib. “Nyukasl” onu klub tarixinin ən çox maaş alan oyunçusu etməyə hazırdır. Dibala ingilislərlə müqaviləyə razılaşsa, həftəlik məvacibi 200 min funt sterlinq olacaq. Dibala “Mançester Yunayted” və “Arsenal”ın gündəmində olsa da, “Nyukasl”ın şansı daha çoxdur.
Qeyd edək ki, cari mövsüm A seriyasında 25 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə verən Paulo Dibala yayda azad agent kimi komandanı tərk edəcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”