Konfrans Liqasında həftənin futbolçusu adına namizədlər açıqlandı
01.10.2021 - 09:01
Konfrans Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, UEFA ənənəsinə sadiq qalaraq, yenə 4 iddiaçı seçib.
Bunlar Harri Keyn (“Tottenhem”), Riku Riski (HİK), Maykl Lanq (“Bazel”) və Lazar Markoviçdir (“Partizan”). Adıçəkilən oyunçulardan Keyn qrupun II tur matçında het-trikə, digərləri isə dubla imza atıb. Qalib azarkeşlər arasında aparılacaq səsvermədən sonra bəlli olacaq.
Qeyd edək ki, bu turda “Qarabağ” Kiprdə “Omoniya” üzərində 4:1 hesablı qələbə qazanıb.
0
0