UEFA Konfrans Liqasının qrup mərhələsi ilə bağlı daha bir neçə maraqlı statistik məqamları paylaşıb.
Apasport.az saytının məlumatına görə, dəqiq ötürmə sayında “Qarabağ”ın bir futbolçusu ilk “5-liy”ə düşüb.
Bu, kolumbiyalı müdafiəçi Kevin Medinadır. 28 yaşlı oyunçunun qrup mərhələsindəki dəqiq ötürmələrinin sayı 369-dur ki, bununla o, ən yaxşı 5-ci göstəriciyə malikdir. Bu baxımdan ilk iki yerdə “Alkmaar”ın oyunçuları Bruno Martins İndi və Xordi Klasye qərarlaşıb. Martinsin 527 ötürməsindən 494-ü ünvana çatıb. Bu isə 94 faizlik dəqiqlik deməkdir.
Qeyd edək ki, H qrupunda 11 xalla ikinci yeri tutan “Qarabağ” pley-off mərhələsində Fransa klubu “Marsel”lə qarşılaşacaq.
- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”