Koronavirusa yoluxdu – yığmanın qapıçısı
27.03.2021 - 14:45
Polşa milisinin qapıçısı Lukaş Skorupski koronavirusa yoluxub.
Apasport.az saytının məlumatına görə, İtaliya “Bolonya”sında çıxış edən qolkiperin testi müsbət nəticə verib.
Yığmanın düşərgəsində olan 29 yaşlı əlcək sahibinin təkrar testini gözləməyən məşqçilər korpusu milliyə yeni futbolçu cəlb edib. Bu, 21 yaşlı qapıçı Karol Nemçitskidir.
Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsinin ilk turunun Macarıstanla oyununda (3:3) Skorupski ehtiyatda qalıb.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0