“Barselona” müdafiə xəttini daha bir futbolçu ilə gücləndirməyə qərar verib.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu Fransa millisinin müdafiəçisi Jül Kundenin xidmətində maraqlıdır.
“Sevilya”nı tərk etmək istəyən futbolçu Xavinin transfer siyahısında yer alıb. Ötən yay “Çelsi”yə keçidi baş tutmayan Kunde daha iddialı klubda oynamaq niyyətindədir.
“Barselona”nın heyətində görmək istədiyi müdafiəçilər arasında Kalidu Kulibali də var. Lakin Xavinin “Sevilya”nın idman direktorunun müavini Fernando Navarro ilə şəxsi münasibətlərinin yaxşı olması hesabına Kundenin keçidinə təkan verə bilər.
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI