Kyellini MLS klubuna keçir
14.05.2022 - 13:33
“Yuventus”un müdafiəçisi Corco Kyellini ABŞ-a köçməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, 37 yaşlı futbolçu “Los Anceles Qalaksi”dən təklif alıb.
İtaliya millisinin üzvü MLS təmsilçisi ilə danışıqlara başlayıb. Amerika klubu ona 2023-cü ilin dekabrına qədər müqavilə təklif edib. Ulduz futbolçu özü İtaliya kubokunun “İnter”lə final oyunundan (2:4) sonra yayda “qoca sinyora”nı tərk edəcəyini açıqlayıb. MLS-də çıxış edən “İnter Mayami” də onun xidmətində maraqlıdır.
Qeyd edək ki, Corco Kyellini 2004-cü ildən “Yuventus”un formasını geyinir.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0