La Liqa klubunda yeni baş məşqçi
07.10.2021 - 12:37
İspaniyanın “Levante” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisini Xavyer Pereyra çalışdıracaq.
Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb. Anlaşma sonradan daha 2 il müddətinə uzadıla bilər.
O, istefaya göndərilən Pako Lopesi əvəzləyib. 2018-ci ildən komandaya rəhbərlik etmiş mütəxəssis uğursuz nəticələrə görə vəzifəsindən kənarlaşdırılıb.
0
0