La Liqada 4-cü “qoca”
07.02.2022 - 00:25
“Barselona”nın futbolçu Dani Alves La Liqada XXI əsrdə qol vuran ən yaşlı 4-cü oyunçu olub.
Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçi XXIII turun “Atletiko” ilə matçda (4:2) fərqlənib.
Dani 38 yaş 276 günlüyündə buna nail olub. O, yalnız üç futbolçudan gəncdir. Bunlar Donato, Xorxe Molina və Xoakindir.
0
0