Levandovski müqaviləni uzadır
05.10.2021 - 11:25
Almaniyanın “Bavariya” klubu futbolçusu Robert Levandovski ilə yeni müqavilə imzalayacaq.
Apasport.az saytının məlumatına görə, polşalı hücumçu ilə anlaşmanın uzadılması barədə razılıq əldə olunub.
33 yaşlı futbolçu ilə yeni müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Forvard “Mançester Siti”, PSJ və “Real”ın maraq dairəsində olsa da, Münhen təmsilçisi əsas bombardirini heyətində saxlayacaq.
Qeyd edək ki, Levandovski cari mövsümün 7 oyununda 7 qol vurub.
0
0