Mahir Emreli koronavirusa yoluxdu: Serbiya ilə oyunu buraxacaq
12.10.2021 - 08:49
Azərbaycan millisində ciddi itki baş verib.
Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, hücumçu Mahir Emreli koronavirusa yoluxub.
Bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Belqradda Serbiya ilə qarşılaşacaq yığmamızın üzvünün oyunöncəsi COVID-19 testi pozitiv nəticələnib. UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, Emreli Serbiya - Azərbaycan oyununda iştirak edə bilməyəcək.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
0
0