Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Legiya” klubunda növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu Avropa Liqasının pley-off mərhələsinin cavab matçının iştirakçısı olub.
O, Çexiya “Slaviya”sı ilə ev qarşılaşmasına start heyətində başlayıb. Səfərdəki oyunda (2:2) komandasının ilk qoluna imza atan Mahir bu dəfə də fərqlənib.
Hesabi ilk yarının sonlarında Çexiya təmsilçisi açıb. Hücumçumuz 59-cu dəqiqədə hesabda tarazlıq yaradıb. 11 dəqiqə sonra Emreli dublunu rəsmiləşdirərək komandasını hesabda önə çıxarıb. O, görüşün 80-ci dəqiqəsində əvəzlənib.
Bu qələbə “Legiya”nı Avropa Liqasının qrup mərhələsinə daşıyıb. “Slaviya” isə Konfrans Liqasının qrupunda mübarizə aparacaq.
Qeyd edək ki, qrup mərhələsinin püşkü sabah atılacaq.