İspaniya La Liqasının XXVIII turunda “Real Sosyedad”ın qonağı olan “Barselona” 6:1 hesablı qələbə qazanıb.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubu ölkə çempionatında məğlubiyyətsiz oyunlar seriyasını 18-ə yüksəldib.
Ronald Kumanın yetirmələri son 18 görüşün 15-də qələbə qazanıb, 3 dəfə heç-heçə edib. Komanda sonuncu dəfə ötən il dekabrın 5-də “Kadiz”ə (1:2) uduzub.
“Barsa”nın kapitanı Lionel Messi bu matçda klubun tarixinə düşüb. Dubla imza atan argentinalı superulduz 768-ci görüşünü keçirib. Bununla Xavi Ernandesi geridə qoyan Messi “Barselona” tarixinin ən çox oyun keçirən futbolçusu rekorduna sahib çıxıb.
“Real Sosyedad”ın qapısına iki dəfə yol tapan müdafiəçi Serjinyo Dest isə cari mövsüm “Barselona”nın heyətində fərqlənən 18-ci futbolçu olub. Bu isə “Top-5” liqalarda ən yüksək göstəricidir.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə