“Komandanın ən təcrübəli futbolçuları belə həmişə hər şeyi təkbaşına edə bilmir”.
Apasport.az saytının məlumatına görə, bunu İspaniya “Barselona”sının baş məşqçisi Ronald Kuman deyib.
Niderlandlı mütəxəssis La Liqa təmsilçisinin lideri Lionel Messinin komandanı daim təkbaşına daşımasının mümkünsüzlüyünü vurğulayıb: “Messi La Liqada 18 qol vurub. Hücum xəttinin digər oyunçularının hamısı birlikdə eyni qədər fərqlənib. Messiyə də kömək lazımdır. Həmişə hər şeyi etməyi ən yaxşı və ən təcrübəlilərin öhdəsinə buraxmaq olmaz. Məsuliyyəti təkcə veteranlar deyil, hamı daşımalıdır”.
Qeyd edək ki, 24 turdan sonra “Barselona” La Liqanın turnir cədvəlində 3-cü pillədədir.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!