Messinin dünya rekordu...
20.04.2022 - 10:44
Dünyanın ən uzun qol seriyaları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İFFHS-in açıqladığı cədvəldə yüksək liqada ən azı ardıcıl 15 matçda qol vuran futbolçular yer alıb.
Dünya rekordu Lionel Messiyə məxsusdur. Argentinalı 2012-13-cü illərdə “Barselona”da keçirdiyi ardıcıl 21 oyunu qolsuz tərk etməyib.
Yozef Biscan 1939-40-cı illərdə Praqa “Slaviya”sında 19 matçda qol vurub. İlk “üçlüy”ü Yohan Kroyff qapayır. O, “Ayaks”ın 1966-cı ildəki 17 görüşünü fərqlənmədən tərk etməyib.
Qeyd edək ki, futbol tarixində 12 oyunçu 15 və ya daha çox çempionat matçında qolları sıralayıb.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0