Məğlubiyyətlərə son
09.10.2021 - 21:19
Litva milli komandası məğlubiyyət seriyasına son qoyub.
Apasport.az saytının məlumatına görə, Baltikyanı ölkə təmsilçisi DÇ-2022-nin seçmə mərhələsinin VII turunda Bolqarıstana qalib gəlib.
3:1 hesablı qələbə ilə 9 oyunluq həsrət başa çatıb. Belə ki, Litva yığması rəsmi turnirlərdəki son 9 matçda xal qazanmamışdı.
Qeyd edək ki, C qrupunda ilk xallarını qazanan Litva sonuncu sırada qərarlaşıb.
0
0