İtaliya idman məhkəməsi dələduzluq işində ittiham olunan “Yuventus” və “Napoli”yə bəraət verib.
Apasport.az saytının məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyası xəbər yayıb.
Adıçəkilən komandalar da daxil olmaqla 11 klub və 60 menecer oyunçu transferləri zamanı saxtakarlıq şübhəsinə görə yoxlanılıb. Ancaq məhkəmə istintaq altında olan bütün klublara, məsul şəxslərə və idarəçilərə bəraət verib.
Qeyd edək ki, bir müddət əvvəl “Yuventus”un prezidenti Andrea Anyelli, vitse-prezident Pavel Nedved və keçmiş idman direktoru Fabio Paratiçi klub tərəfindən 50 milyon avroya görə yalan məlumat verməkdə şübhəli bilinirdi.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”