Millinin qapıçısı əməliyyat olundu: 3-6 həftəyə qayıdacaq
07.02.2022 - 15:24
Almaniya millisinin və “Bavariya”nın qapıçısı Manuel Noyer əməliyyat olunub.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı əlcək sahibinin sağ dizi cərrahi müdaxiləyə məruz qalıb.
Noyerin meydana qayıdacağı təxmini tarix də bəllidir. O, 3-6 həftə buraxacaq. Manuelin yoxluğunda Münhen təmsilçisinin qapısını Sven Ulrayx qoruyacaq.
Qeyd edək ki, “Bavariya” rəhbərliyi Noyerlə müqavilənin uzadılması barədə danışıqları davam etdirir.
0
0