Millinin sabiq futbolçusu rinqə çıxır
11.04.2022 - 11:37
Niderland millisinin sabiq futbolçusu Dirk Kuyt özünü yeni idman növündə sınayacaq.
Apasport.az saytının məlumatına görə, “Liverpul” və “Fənərbaxça” kimi klublarda oynamış hücumçu boks rinqində qüvvəsini sınayacaq.
41 yaşlı futbol veteranı kikboksçu Riko Verhovenin təşkil etdiyi “Hit İt” boks gecəsində mübarizə aparacaq. Onun rəqibi hələlik bəlli deyil.
Qeyd edək ki, Dirk DÇ-2010-un gümüş, DÇ-2014-ün bürünc mükafatçısıdır.
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?
0
0