Millinin sabiq hücumçusu infarkt keçirdi
06.05.2022 - 14:50
Türkiyə millisinin sabiq futbolçusu Ersen Martin infarkt keçirib.
Apasport.az saytının məlumatına görə, hadisə bu gün baş verib.
Dərhal xəstəxanaya aparılan 42 yaşlı keçmiş hücumçunun aort damarında yırtıq aşkarlanıb. O, İstanbuldakı ürək xəstəxanalarının birində əməliyyat olunacaq.
Qeyd edək ki, karyerası ərzində “Beşiktaş” və “Trabzonspor” başda olmaqla bir neçə klubun formasını geyinən Ersen Martin 2004-2006-cı illərdə Türkiyə millisində çıxış edib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0