Modriçə istirahət verildi
19.04.2022 - 23:36
“Real”ın daha bir futbolçusu La Liqanın “Osasuna” ilə matçını buraxacaq.
Apasport.az saytının məlumatına görə, Luka Modriç aprelin 20-də baş tutacaq səfər oyununda iştirak etməyəcək.
Xorvatiyalı yarımmüdafiəçiyə istirahət verilib. Baş məşqçi Karlo Ançelotti son vaxtlar yorğunluqdan əziyyət çəkən Modriçi bu qarşılaşmaya aparmağa ehtiyac duymayıb.
Qeyd edək ki, “Osasuna” ilə matçda Kazemiro, Luka Yoviç və Mariano Dias da meydana çıxmayacaq. Bu oyunçular zədədən əziyyət çəkir.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0