İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç növbəti qeyri-adi addımı ilə diqqət mərkəzinə düşüb.
Apasport.az saytının məlumatına görə, isveçli hücumçu İtaliyada təşkil olunan nüfuzlu San-Remo musiqi festivalına gedərkən gözlənilməz varianta əl atıb.
Bunu forvardın özü açıqlayıb: “Yolda tıxac var idi. Avtomobildə üç saat oturandan sonra sürücüyə düşməli olduğumu dedim. Yanımdan keçən motosikleti saxladım və məni San-Remoya apara biləcəyini soruşdum. O, xoşbəxtlikdən “Milan”ın azarkeşi çıxdı. Biz 60 km yol getdik. Sonradan etiraf etdi ki, avtomagistralda ilk dəfə hərəkət edirmiş”.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!