Mourinyo A seriyasında rekord vurdu
04.10.2021 - 10:21
İtaliya A seriyasının VII turunda “Roma” “Empoli”ni 2:0 hesabı ilə məğlub edib.
Apasport.az saytının məlumatına görə, bu, paytaxt klubunun baş məşqçisi Joze Mourinyonun evdə ardıcıl 42-ci məğlubiyyətsiz oyunu olub.
Portuqaliyalı bu göstəricidə A seriyasının rekordunu vurub. O, Massimiliano Alleqrinin göstəricisini arxada qoyub.
Qeyd edək ki, Mourinyo A seriyasında “İnter” və “Roma”nı çalışdırıb.
0
0