Mourinyonun 43 oyunluq seriyası qırıldı
01.11.2021 - 09:18
İtaliya A seriyasının XI turunda “Milan”ı qəbul edən “Roma” 1:2 hesabı ilə məğlub olub.
Apasport.az saytının məlumatına görə, bununla “canavarlar”ın baş məşqçisi Joze Mourinyonun uğurlu seriyası qırılıb.
Portuqaliyalı mütəxəssisin İtaliya çempionatında evdəki 43 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyulub. Bu, 1994/95 mövsümündən bəri ən uzun seriyadır.
Qeyd edək ki, aktivində 19 xal olan “Roma” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.
0
0