TFF I Liqasında XXXI turun oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun formasını geyindiyi “Bursaspor” günün son matçında meydana çıxıb.
18-ci yerdə qərarlaşan Bursa təmsilçisi turnir cədvəlində ondan bir pillə irəlidə olan “Kocaelispor”u qəbul edib. Qarşılaşma “timsah”ın qalibiyyəti ilə başa çatıb. Komandanın 2:1 hesablı qələbəsində Namikin də töhfəsi olub. Start heyətində meydana daxil olan və 87 dəqiqə mübarizə aparan Ələskərov 64-cü dəqiqədə vurulan 2-ci qolun assistini edib.
Bu qələbə sayəsində xallarının sayını 31-ə yüksəldən “Bursaspor” ən yaxın izləyicisi ilə fərqi 2 xala endirib.
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib