“Bavariya”nın baş məşqçisi Yulian Naqelsmann “Ayaks”ın müdafiəçisi Nussair Mazrauinin transferini dəyərləndirib.
Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis Mərakeş millisinin sağ cinah oyunçusunu heyətə cəlb etməyə yaxın olduqlarını etiraf edib.
Onun fikrincə, 25 yaşlı Mazraui komandanı gücləndirəcək: “Mazraui ilə müqavilə bağlamağa yaxınıq. Bunu yekunlaşdırdığımız zaman çox şad olacağıq. Çünki o, həqiqətən də, yaxşı oyunçudur. Nussairlə söhbətimiz zamanı “Bavariya”da oynamaq istədiyini söylədi. Bizə qoşulacağı üçün çox xoşbəxtdir”.
Qeyd edək ki, Nussair Mazrauinin “Ayaks”la müqaviləsi mövsümün sonuna qədər olduğundan, o, “Bavariya”ya azad agent kimi keçəcək.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"