O da yeni müqavilədən imtina etdi – “Bavariya”da
08.03.2021 - 15:06
“Bavariya”nın futbolçuları ilə problemləri səngimək bilmir.
Apasport.az saytının məlumatına görə, Almaniya klubunun daha bir oyunçusu ilə yeni müqavilə imzalamaq cəhdi uğursuz olub.
David Alabadan sonra yarımmüdafiəçi Kinqsli Koman da sözləşməsini yeniləmək təklifini rədd edib. Bundesliqa təmsilçisi onun 2023-cü ilədək olan anlaşmasını daha 3 il müddətinə uzatmağa çalışıb. Lakin Koman “yox” cavabını verincə danışıqlar dondurulub.
Qeyd edək ki, Kinqsli Komanda “Bavariya”ya 2017-ci ildə 17 milyon avroya “Yuventus”dan keçib.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0