Obradoviçdən ilk, millidən yubiley
10.10.2021 - 17:42
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yubileyə imza atıb.
Apasport.az saytının məlumatına görə, yığmamız Avropa çempionatlarının seçmə mərhələlərində 20-ci heç-heçəsini edib.
Bu, AVRO-2023-ün Finlandiya ilə matçında rəsmiləşib. 1:1 hesabı ilə bitən seçmə oyunu yubiley sülhü olub.
20-ci bərabərlik 115-ci matça təsadüf edib. Bu görüş indiki baş məşqçi Milan Obradoviçin 13-cü sınağı olub.
Millimiz serbiyalı ilə ilkə imza atıb. Bunadək 2 qələbə və 10 məğlubiyyət görən Obradoviç 1-ci dəfə yığmamızla seçmə oyununda 1 xal görüb.
0
0