Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XXIV turunda baş verənlər müzakirə olunub.
Komitə üzvləri müvafiq qərarlar çıxarıb. “Sabah” – “Şamaxı” matçında oyun öncəsi dövlət yanğından mühafizə xidməti nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etməyib. Bu üzdən meydan sahibləri 400 manat cərimə olunub. “Şamaxı”nın futbolçusu Flores Franko rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün görə qırmızı vərəqə aldığından 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib. Bölgə klubu 4 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat cərimə ödəyəcək.
“Səbail” – “Neftçi” oyununda qonaqların futbolçusu Ömər Buludov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 matçlıq cəza alıb. Onun klubu 200 manat ziyana salıb.
“Qəbələ” – “Qarabağ” oyununda dövlət yanğından mühafizə xidməti maşını oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi kluba xəbərdarlıq edilib. Ağdam klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat ziyana düşüb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”