Futbol tarixinin ən yaxşı penalti ifaçıları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, əsasən aparıcı futbol turnirlərinin iştirakçılarının yer aldığı cədvələ ingiltərəli Metyu Le Tisye başçılıq edir.
“Sauthempton”un hücumameylli yarımmüdafiəçisi 16 illik karyerasında 48 penaltidən yalnız birini boşa verib. İlk “onluq”dan kənarda qalan Lionel Messinin göstəricisi 78,23 faizə bərabərdir.
1. Metyu Le Tisye (İngiltərə) – 97,9 faiz

2. Marko van Basten (Niderland) – 94,4 faiz

3. Alan Şirer (İngiltərə) – 94 faiz

4. Mario Balotelli (İtaliya) – 88 faiz

5. Zlatan İbrahimoviç (İsveç) – 85,71 faiz

6. Frenk Lempard (İngiltərə) – 85,7 faiz

7. Stiven Cerrard (İngiltərə) – 85,1 faiz

8. Kriştiano Ronaldo (Portuqaliya) – 83,75 faiz

9. Alessandro del Pyero (İtaliya) – 83,6 faiz

10. Françesko Totti (İtaliya) – 81,9 faiz

- Pulişiç “Milan”da qalacaq?
- Ronaldo yenidən “Qızıl top” qazandı – Bu dəfə fərqli mükafat
- Seneqal millisindən “Qalatasaray”ın futbolçusuna vida mesajı
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu