“Vest Hem”in müdafiəçisi Kurt Zuma Fransa millisinin qarşıdakı oyunlarına çağırılmayacaq.
Apasport.az saytının məlumatına görə, buna səbəb futbolçunun evində pişiyi vurduğunu göstərən videonun sosial şəbəkədə yayılmasıdır.
Zuma martda Cənubi Afrika Respublikası və Fil Dişi Sahili ilə keçiriləcək yoldaşlıq görüşlərində heyətdə yer almayacaq. 28 yaşlı arxa xətt oyunçusunun heyvana qarşı hərəkətindən hiddətlənən Fransa yığmasının baş məşqçisi Didye Deşam onu bu şəkildə cəzalandırmaq qərarına gəlib.
Qeyd edək ki, Kurt Zuma 2015-ci ildən Fransa millisinə çağırılır. O, yığmada 11 oyun keçirib, 1 qol vurub.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı