Premyer Liqada buraxılan 600-cü qol
16.04.2022 - 18:32
“Şamaxı” Premyer Liqada 600-cü qolu buraxıb.
Apasport.az saytının məlumatına görə, bu, XXIII turun “Qarabağ”la səfər oyununa təsadüf edib.
0:8 hesabı ilə uduzan bölgə təmsilçisinin 45+2-ci dəqiqədə buraxdığı 7-ci top klub tarixinə buraxılan 600-cü qol kimi düşüb. Bu topun müəllifi Kadi Borqes olub.
1999-cu ildən yüksək dəstədə “Xəzər Universiteti”, “İnter”, “Keşlə” və “Şamaxı” adları altında çıxış edən komanda 616 matçda 601 qol buraxıb. Bunlardan 238-i evdə, 363-ü səfərdə qeydə alınıb.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0