İngiltərə Premyer Liqası omikron ştammının yaranması ilə əlaqədar ötən ilin dekabrında tətbiq edilən koronavirusun yayılmasına qarşı təcili tədbirləri ləğv etməyə başlayıb.
Apasport.az saytı xəbər verir ki, artıq futbolçuların və klub işçilərinin qapalı yerlərdə maska taxmasına ehtiyac yoxdur.
İnfeksiya üçün testlərin tezliyi həftədə iki dəfə azaldılacaq. Eyni zamanda klub bazalarında qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Premyer Liqanın fövqəladə tədbirlərinin fevralın sonuna qədər tamamilə ləğvi planlaşdırılır.
Yalnız sosial məsafənin qorunması zərurəti kimi əsas tələblər qalacaq.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı