Premyer Liqada yeni baş məşqçi
04.10.2021 - 16:23
İngiltərənin “Uotford” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisini Klaudio Ranyeri çalışdıracaq.
69 yaşlı italiyalının təyinatı yaxın müddətdə rəsmən açıqlanacaq. Onunla 2 illik müqavilə imzalanacaq.
Ranyeri əvvəllər də Premyer Liqada çalışıb. O, “Çelsi”, “Fulhem” və “Lester”ə rəhbərlik edib.
Qeyd edək ki, Ranyeri istefaya göndərilən Xiskonu əvəzləyəcək. İspaniyalı uğursuz nəticələr üzündən postundan kənarlaşdırılıb.
0
0