"Neftçi" Azərbaycan Premyer Liqasının 2021/22 mövsümünü gümüş medalla başa vuracaq.
Apasport.az saytının məlumatına görə, ötənilki çempionun bu dəfə mövsümü 2-ci pillədə tamamlayacağı dəqiqləşib.
XXVI turun "Qarabağ" - "Zirə" matçının nəticəsi "ağ-qaralar"ı çempionatın ikincisi edib. Çempionluğu rəsmiləşdirən ağdamlıların rəqiblə bərabərə qalması "Neftçi"ni 3-cü pillədəki "Zirə" üçün əlçatmaz edib. Qalan iki görüşdə Rəşad Sadıqovun yetirmələri maksimum nəticə göstərsə belə, bakılılara çata bilməyəcək.
Hazırda "Neftçi"nin aktivində 50, "Zirə"də isə 43 xal var. Hətta "Zirə"nin qarşıdakı turda Samir Abasovun kollektivinə qalib gəlməsi də heç nəyi dəyişməyəcək.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"