Prezidentliyə yenidən namizəd oldu – Ali Koç
20.05.2021 - 16:53
“Fənərbaxça”nın prezidenti Ali Koç növbəti seçkilərdə də namizədliyini irəli sürəcək.
Apasport.az saytının məlumatına görə, bunu klub rəhbəri təşkil etdiyi mətbuat konfransında deyib.
O bildirib ki, birinci dönəmində uğursuz olsa da, yenidən prezident seçildikdən sonra daha böyük işlər görəcək: “Növbəti mövsüm çempionluğa favorit biz olacağıq. Heyətimizin 70 faizi buna hazırdır. “Fənərbaxça”nın sükanı arxasındakı ikinci dönəmim tam fərqli keçəcək”.
Qeyd edək ki, “Fənərbaxça”da prezident seçkilərinin 12-13 iyunda keçirilməsi qərara alınıb.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0