Qıtə çempionatları tarixində bir final mərhələsində ən çox qol vuranların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İFFHS-in tərtib etdiyi cədvələ Luis Roberto Alves "Zaque" başçılıq edir.
Meksikalı futbolçu 1993-cü ildə keçirilən KONKAKAF çempionatında 11 qol vurub. Bundan 5 il sonra Avstraliya yığmasının üzvü Damian Mori Okeaniya çempionatında 10 dəfə fərqlənib.
3-cü yerin 6 şəriki var. Onlar hərəyə 9 qol vurublar. Bu oyunçular sırasında Avropa çempionatının rekordçusu Mişel Platini də var. Fransalı AVRO-1984-də belə məhsuldar çıxış edib.
Cənubi Amerika çempionatında braziliyalı Jair, uruqvaylı Xavuer Ambrois və argentinalı Humberto Maschio da qitə miqyaslı yarışda rəqib qapısından 9 top keçiriblər. Zairli Ndaye Mulamba Afrika, qətərli Almoez Ali Asiya çempionatında fərqlənib.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı