İngiltərə Premyer Liqasında qol vurduğu oyunlarda komandası məğlub olmayan futbolçuların adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıya “Liverpul”un təcrübəli futbolçusu Ceyms Milner başçılıq edir.
Karyerası ərzində Premyer Liqada 584 matça çıxan yarımmüdafiəçi bunun 54-də qol vurub. Məhz onun fərqləndiyi qarşılaşmaların heç birində “qırmızılar” yenilgi üzü görməyib.
Karyerasını davam etdirən daha iki oyunçu cədvəldə özünə yer edə bilib. Bunlar Qabriel Jezuşla Dioqo Jotadır. Hazırda müvafiq olaraq “Mançester Siti” və “Liverpul”da çıxış edən forvardlar bu iki komanda arasında son matçda da fərqlənməyi bacarıb və görüş bərabərə (2:2) yekunlaşıb.
1. Ceyms Milner - 54 oyun (karyerasında 584 oyun)
2. Darius Vassell - 46 oyun (265)
3. Qabriel Jezuş - 45 oyun (153)
4. Dioqo Jota - 33 oyun (114)
5. Salomon Kalu - 32 oyun (156)
6. Oyvind Leonardsen - 28 oyun (186)
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”