“Real” təkcə İspaniyanın yox, bütün dünyanın ən güclü və titullu klubudur.
Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının (ÇL) ən çox qalibi olan “kral klubu” saysız-hesabsız futbolçulara bu turnirdə iştirak imkanı verib.
ÇL tarixində ən çox qol vuran futbolçu da məhz madridlilərin formasını geyinib. Fernando Moryentes 17, Qaret Beyl, Luiş Fiqu, Quti, Roberto Karlos kimi əfsanələr “Real” formasında qitənin ən nüfuzlu turnirində 16 dəfə fərqlənsələr də, ən məhsuldar oyunçular siyahısında ilk “üçlük”dən kənarda qalıblar.
Bəs “Real”ın qolçu “üçlüy”ü kimlərdir?

1. Kriştianu Ronaldo – 105 qol
Portuqaliyalı dünya futbol tarixinin ən çox qol vuran futbolçusu sayılır. Bu qolların əksəriyyətinə isə “Real”da imza atıb. Hazırda “Yuventus”un şərəfini qoruyan 36 yaşlı superulduz “Real”ın heyətində 101 matçda 105 qol vuraraq təkrarlanması mümkünsüz görünən rekorda imza atıb.

2. Raul Qonzales – 66 qol
“Real”ın əfsanəvi qolçusu uzun müddət bu baxımdan zirvədə yer almışdı. Ancaq indi hətta ikinciliyi də əldən verə bilər. ÇL-də 71 dəfə rəqib qapılarına yol tapan Raul bunun 66-na “Real”ın forması altında nail olub.

3. Kərim Benzema – 58 qol
Siyahıda yer alanlar arasında karyerasını “Real”da davam etdirən yeganə futbolçu Benzemadır. Fransalı Çempionlar Liqası tarixinin ən məhsuldar 5-ci futbolçusudur.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə