Qurban Qurbanov üçün əlamətdar oyun
30.04.2022 - 11:00
Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qəbələ” ilə cavab oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, 50 yaşlı mütəxəssis Ağdam klubunu ölkə kubokunda 60-cı matça çıxarıb.
2008-ci ildən bu komandaya rəhbərlik edən çalışdırıcının yetirmələri 39-cu qələbəsini 5 cavabsız qolla qazanıb. “Qarabağ” Qurbanovun rəhbərliyi altında 15 heç-heçə edib və yalnız 6 dəfə uduzub.
Bu qarşılaşmalarda ağdamlılar 111 qol vurub, 30-nu buraxıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0