Qurban Qurbanov: “Təklif göndərmişik, danışıqlar davam edir”
07.02.2022 - 21:36
“Qarabağ” transfer çalışmalarını yekunlaşdırmayıb.
Apasport.az saytının məlumatına görə, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bildirib.
Çalışdırıcı transfer pəncərəsinin son günləri olmasına baxmayaraq, hələ də heyəti gücləndirmək istədiklərini etiraf edib: “Çox futbolçulara müqavilə təklifi göndərmişik. Bəzisinə 2, bəzisinə 3 illik sözləşmə təklif etmişik. Danışıqlar davam edir”.
Qeyd edək ki, “Qarabağ” qış fasiləsində Rüstəm Əhmədzadə, Luka Quqeşaşvili və Leandro Andradeni transfer edib.
0
0