İngiltərənin “Çelsi” klubunun quru seriyası qırılıb.
Apasport.az saytının məlumatına görə, bütün turnirlərdə keçirdiyi son 7 matçda qapısını toxunulmaz saxlayan London təmsilçisi Premyer Liqanın “Vest Bromviç”lə görüşündə məyus olub.
2:5 hesabı ilə uduzan “zadəganlar” həm də indiki baş məşqçisi Tomas Tuxelin rəhbərliyi altında ilk dəfə 1-dən artıq qol buraxıb.
Eyni zamanda, alman mütəxəssis ilk dəfə ev görüşündə qol buraxılmasına şahid olub.
Qeyd edək ki, 7 oyunluq quru seriya klub tarixinin 2005-ci ildə rəsmiləşən rekordunun təkrarıdır. Bu rekordu ötən ay təkrarlayan “Çelsi” nəticəni yaxşılaşdıra bilməyib.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza