Qvardioladan əvəzetmə sayı ilə bağlı təşəbbüs
06.10.2021 - 13:26
“Mançester Siti” klubu İngiltərə Futbol Liqasına (EFL) müraciət edib.
Apasport.az saytının məlumatına görə, “şəhərlilər” Liqa kubokunun oyunlarında komandalara 5 dəyişiklik etmək hüququ verilməsini istəyib.
Bu addımın təşəbbüskarı komandanın baş məşqçisi Pep Qvardioladır. Turnirin 1/8 finalına yüksələn digər klubların bəziləri Mançester təmsilçisini dəstəkləyib. Turnirin son qalibi olan “Mançester Siti” 1/8 finalda “Vest Hem”lə görüşəcək.
Qeyd edək ki, ötən mövsümün yarımfinal və final oyunlarında 5 dəyişikliyə icazə verilirdi.
0
0