Ranyeri Premyer Liqaya qayıdır?
04.10.2021 - 00:36
İngiltərə Premyer Liqasında ilk baş məşqçi istefası gerçəkləşib.
Apasport.az saytının məlumatına görə, “Uotford” Xisko ilə yollarını ayırıb.
“Lids”ə 0:1 hesablı məğlubiyyətdən sona ispaniyalı uğursuz nəticələr səbəbindən vəzifəsindən kənarlaşdırılıb. 7 oyunda 7 xal toplayan komanda 14-cü sırada qərarlaşıb.
Klub rəhbərliyi artıq yeni baş məşqçi axtarışına başlayıb. Bu vəzifəyə əsas namizəd Klaudio Ranyeri hesab edilir. Təyinat baş tutsa, mütəxəssis yenidən Premyer Liqada çalışacaq.
0
0