Rekordu təkrarladı – Simeone
01.03.2021 - 09:45
Dieqo Simeone baş məşqçisi olduğu “Atletiko”nun tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, La Liqanın XXV turunda “Vilyarreal” üzərində qazanılan 2:0 hesablı qələbə argentinalının bu postda 308-ci uğuru olub.
Simeone “Atletiko”nun tarixində ən çox qələbə qazanan Luis Araqonesin rekordunu təkrarlayıb. Lakin cənubi amerikalı buna daha az oyunda nail olub. O, Madrid təmsilçisini 512, ispaniyalı 612 matça çıxarıb.
Qeyd edək ki, “Atletiko” hazırda La Liqanın lideridir.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0