“Yuventus”un hücumçusu Kriştianu Ronaldo qollarını sıralamaqda davam edir.
Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduz 2018-ci ildə “Real”dan keçdiyi “qoca sinyora”nın heyətində meydana çıxdığı 118 matçda 91 qola imza atıb.
Ancaq 36 yaşlı forvard cərimə zərbələrində tam fərqli statistika ortaya qoyub. O, istifadə etdiyi son 65 cərimə zərbəsindən yalnız birində toru silkələməyi bacarıb. Həmin qol isə ötən ilin iyulunda “Torino” ilə görüşdə vurulub.
Məsələ ilə bağlı açıqlama verən turinlilərin baş məşqçisi Andrea Pirlo CR7-yə güvəndiyini söyləyib: “Standart vəziyyətlər önəmlidir. Xüsusən də, qapalı müdafiə futbolu oynayan komandalara qarşı açar rolunu oynayır. Ronaldo yaxşı məşq keçir, özünü inkişaf etdirir. Tezliklə cərimə zərbəsindən qol vuracağına inanıram”.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!