Rzayev milli komandada
03.10.2021 - 18:17
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Keşlə” klubunun üzvü Elçin Mustafayev zədə səbəbindən heyətdən çıxarılıb.
O, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara hazırlıq məqsədilə Bakıda təşkil olunan təlim-məşq toplanışına qatılmayıb. Mustafayevin əvəzinə “Sabah”dan Abdulla Rzayev hazırlıq prosesinə dəvət olunub.
0
0