Aprelin 20-də UEFA-nın sayca 45-ci Konqresi keçiriləcək.
Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, Konqresdə bir sıra məsələlərlə bağlı qərar qəbul olunacaq.
Avropa futbolunun formalaşmasına kömək edəcək qərarların qəbulu üçün UEFA-ya üzv olan 55 assosiasiyanın prezidentləri və baş katibləri də Konqresə qatılacaqlar. Bunu nəzərə alsaq, AFFA prezidenti Rövnəq Abdullayev və baş katibi Elxan Məmmədov da tədbirdə iştirak etməlidir.
Yığıncaqda UEFA İcraiyyə Komitəsi üzvlərinin və FİFA Şurasının Avropa üzvlərinin seçkiləri olacaq, Avropa Klublar Assosiasiyasının iki nümayəndəsi UEFA İcraiyyə Komitəsinin üzvü kimi təsdiqlənəcək. Həmçinin 2019/20 mövsümünün maliyyə hesabatının və 2021/22 mövsümünün büdcəsinin təsdiqlənməsi, eləcə də UEFA Əsasnaməsinə dəyişikliklər nəzərdə tutulur.
- Pulişiç “Milan”da qalacaq?
- Ronaldo yenidən “Qızıl top” qazandı – Bu dəfə fərqli mükafat
- Seneqal millisindən “Qalatasaray”ın futbolçusuna vida mesajı
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu