Salah ilin futbolçusu seçildi
29.04.2022 - 14:18
Məhəmməd Salah İngiltərədə ilin futbolçusu seçilib.
Apasport.az saytının məlumatına görə, “Liverpul”un və Misir millisinin hücumçusu jurnalistlər arasında səsvermənin qalibi olub.
Respondentlərin 48 faizi səsini Salaha verib. “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Breyne ikinci, “Vest Hem”in üzvü Deklan Rays üçüncü olub.
Qeyd edək ki, Məhəmməd bu mükafata ikinci dəfə layiq görülüb. O, 2018-ci ildə də jurnalistlər tərəfindən ilin ən yaxşısı seçilib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0