Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün çempionu "Neftçi" "Qarabağ"la keçirilən son tur matçının ardından qələbə sevincini yaşayıb.
Apasport.az saytının məlumatına görə, Bakı klubuna qızıl medalları qazandıran baş məşqçi Samir Abasov isə sevinc göz yaşlarını saxlaya bilməyib.
Texniki zonada oturan təcrübəli mütəxəssis hisslərini cilovlaya bilməyib. Daha sonra köməkçiləri və futbolçular yaxınlaşaraq onu təbrik edib. Həmçinin meydana daxil olan klub prezidenti Kamran Quliyev də göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, "Qarabağ" üzərində 1:0 hesablı qələbə qazanan "Neftçi" çempion olaraq, Çempionlar Liqasına vəsiqə əldə edib.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat